“UNICO” tikinti şirkəti 2007-ci ildə fəaliyyətə başlayıb. Yarandığı andan etibarən “UNICO” Azərbaycanın tikinti bazarında layiqli yer tutmağı və yüksək keyfiyyətli və peşəkar işi sayəsində müvəffəqiyyətlə özünü tanıtmağı bacardı.

Komandamız işdə böyük staja və yüksək səviyyəli təcrübəyə malik peşəkarlardan ibarətdir. Biz görülən işlərə görə bütün məsuliyyəti öz üzərimizə götürürük.

Bu gün “UNICO” şirkəti sabit və dinamik inkişaf edən müəssisədir. O, inkişaf etmiş struktura, eləcə də layihə-smeta sənədlərinin yaradılması mərhələsindən tutmuş obyektlər istismara verilənədək təmir-tikinti işlər kompleksinin aparılması üçün lazım olan beynəlxalq tərəfdaşlara malikdir.